...

ABŞ-ın Azərbaycandakı səfirliyi: Vizaların verilməsi prosesinin dayandırılmasına səbəb olan qlobal texniki problem artıq həll olunmaq üzrədir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyul 2014 18:55 (UTC +04:00)
Vizaların verilməsi prosesinin dayandırılması Azərbaycan da daxil olmaqla qlobal texniki problemdir və bu problem artıq həll olunmaq üzrədir.
ABŞ-ın Azərbaycandakı səfirliyi: Vizaların verilməsi prosesinin dayandırılmasına səbəb olan qlobal texniki problem artıq həll olunmaq üzrədir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:38-də yayılıb)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Vizaların verilməsi prosesinin dayandırılması Azərbaycan da daxil olmaqla qlobal texniki problemdir və bu problem artıq həll olunmaq üzrədir. Bunu Trend-ə ABŞ-ın ölkəmizdəki səfirliyindən viza verilməsi prosesinin dayandırılmasını şərh edərkən bildiriblər.

Qeyd edək ki, ABŞ bütün dünyada vizaların verilməsi prosesinin dayandırılması barədə məlumat yayıb.

Vizaların verilməsinin dayandırılmasına ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlığın səbəb olduğu bildirilir.

Səfirliyin məlumatında deyilir: "ABŞ Dövlət Departamentinin viza sistemində texniki problemlər yaşanır ki, bu da hazırda qlobal əməliyyatlara təsir edir. Bu problem qlobal xarakter daşıyır və hər hansı bir ölkə və ya viza kateqoriyasından asılı deyil. Biz səyahət edən şəxslər üçün yaranan narahatlığı anlayır və təəssüflənirik. Sənədlərin işlənməsini başa çatdırdıqdan sonra vizalı pasportları tez bir zamanda qaytarmaq üçün əlimizdən gələni edirik. Hazırda gecikmənin nə qədər davam edəcəyini deyə bilmədiyimiz üçün təəssüflənirik".

Qeyd olunur ki, iyulun 21-dən sonra ABŞ səfirliyi/konsulluğu ilə müsahibədən keçən və pasportlarını ABŞ vizası olmadan geri almaq istəyən şəxslər adı və pasport nömrəsi ilə [email protected] saytına müraciət edə bilər.

Birləşmiş Ştatlara təcili səyahət etməyə ehtiyac olan şəxslər adı, pasport nömrəsi və səfərin təcililiyinin səbəbini göstərərək [email protected] müraciət edə bilərlər.

ABŞ səfirliyi bu problemin həll üzərində işləyir və yaranan narahatlığa görə üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti