...

Səfir: İran Qəzzada soyqırımın dayandırılması üçün səylərini artırıb

Siyasət Materials 30 İyul 2014 17:57 (UTC +04:00)
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Fələstin üzrə komitəsinin bir günlük iclası gələn həftə Tehranda keçiriləcək.
Səfir: İran Qəzzada soyqırımın dayandırılması üçün səylərini artırıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Təmkin Cəfərov/

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Fələstin üzrə komitəsinin bir günlük iclası gələn həftə Tehranda keçiriləcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bu iclasda iştirak etmək üçün komitəyə üzv ölkələrin xarici işlər nazirlərini Tehrana dəvət edib.

Səfir qeyd edib ki, bu gün dünyanın azad düşüncəli insanları Fələstin müqavimətini dəstəkləməklə Qəzzanın blokadasına son qoymalı və Fələstin xalqına qarşı hücumların dayandırılması və onlara yardımların çatdırılması üçün çalışmalıdırlar.

İranın Azərbaycandakı səfiri M.Pakayin Qəzzanın müdafiəsiz xalqına yardım üçün bütün ölkələrin hərəkətə keçməsinin zəruriliyini vurğulayıb: "İran Qəzzada soyqırımın dayandırılması üçün səylərini artırıb. Bütün digər ölkələr də Qəzza xalqına təcili ərzaq və dərmanın çatdırılması üçün şəratin yaradılmasını istəməli və orada humanitar faciənin baş verməsinin qarşısını almalıdırlar".

Qeyd edək ki, Fələstin üzrə komitənin təşkili ilə bağlı bəyanat 2008-ci ildə Hərəkata üzv ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən 15-ci iclasının yekununda qəbul olunub.

Tehran Bəyannaməsi 118 ölkəni təmsil edən XİN rəhbərləri və işçi qruplarının 4 günlük fəaliyyətinin nəticəsi olaraq 3 fəsildə hazırlanıb və müxtəlif beynəlxalq mövzuları əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti