...

Bakıda Mərakeşin milli bayramı olan Taxt-tac günü qeyd olunub

Siyasət Materials 30 İyul 2014 21:14 (UTC +04:00)
Hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami ölkəsinin 15 il ərzində keçdiyi inkişaf yolu barədə danışıb. Səfir qeyd edib ki, son 15 il ərzində Mərakeşdə iqtisadi, sosial və siyasi sahədə bir çox islahatlar keçirilib və bu da öz növbəsində ölkənin inkişafına öz təsirini göstərib
Bakıda Mərakeşin milli bayramı olan Taxt-tac günü qeyd olunub

Azərbaycan, Bakı, 30 iyul/ Trend, müxbir Səbinə Əhmədova/

Bu gün Bakıda Mərakeşin milli bayramı olan Taxt-tac günü qeyd olunub.

Hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami ölkəsinin 15 il ərzində keçdiyi inkişaf yolu barədə danışıb. Səfir qeyd edib ki, son 15 il ərzində Mərakeşdə iqtisadi, sosial və siyasi sahədə bir çox islahatlar keçirilib və bu da öz növbəsində ölkənin inkişafına öz təsirini göstərib.

Azərbaycanla ölkəsinin ikitərəfli münasibətləri barədə danışan səfir bildirib ki, Mərakeşin Azərbaycanla çox yaxşı münasibətləri var: "Hər iki ölkə arasında mədəniyyət, turizm, fövqaladə hallar və digər sahələrdə sazişlər imzalanıb".

H. Hami qeyd edib ki, hər iki dövlət ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. O, gələcək illərdə də Azərbaycan və Mərakeş arasında sıx əməkdaşlığın davam etməsinə ümid etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Baş nazirin müavini İsmət Abasov Mərakeş Krallığının milli bayramı Taxt-tac günü münasibəti ilə ölkə başçısının təbriklərini çatdırıb.

Baş nazirin müavini qeyd edib ki, Mərakeş və Azərbaycan arasında məsafənin uzaq olmasına baxmayaraq ölkələr arasında sıx əlaqələr mövcuddur: "Bu istər siyasi, iqtisadi, mədəni, istərsə də digər sahələri əhatə edir"

İ. Abasov bu əlaqələrin yaranmasında ulu öndər Heydər Əliyevin Mərakeşə səfərinin xüsusi rol oynadığını və əlaqələrin inkişafına təkan verdiyini bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin hökümətlərarası komissiyası və parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir ki, bu da Azərbaycan-Mərakeş əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərən hallardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti