...

Əhməd Davudoğlu: Türkiyə Qəzzada uzunmüddətli sülhə nail olmaq üçün səy göstərir

Siyasət Materials 1 Avqust 2014 13:27 (UTC +04:00)
Türkiyə Qəzzada uzunmüddətli sülhə nail olmaq üçün səy göstərir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Əhməd Davudoğlu: Türkiyə Qəzzada uzunmüddətli sülhə nail olmaq üçün səy göstərir

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Qəzzada uzunmüddətli sülhə nail olmaq üçün səy göstərir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə rəhbərliyi ABŞ-ın dövlət katibi Con Kerri və Qətərin xarici işlər naziri Xalid Məhəmməd əl-Atiya ilə Qəzza sektorunda böhranın aradan qaldırılması məsələsi ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi C.Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib.

C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.

Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti