...

ABŞ Dövlət Departamenti viza verilməsi prosesindəki texniki nasazlığa münasibət bildirib

Siyasət Materials 1 Avqust 2014 15:55 (UTC +04:00)
Viza sistemini tam işlək vəziyyətə gətirmək üçün bir neçə həftə lazım olacaq.
ABŞ Dövlət Departamenti viza verilməsi prosesindəki texniki nasazlığa münasibət bildirib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Səbinə Əhmədova/

Viza sistemini tam işlək vəziyyətə gətirmək üçün bir neçə həftə lazım olacaq. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mari Harf brifinqdə bildirib.

O, qeyd edib ki, insanlar bu problemlə dünyanın hər yerində üzləşib.

Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, Departament hazırda viza sisteminin fəaliyyətinin bərpa edilməsi istiqamətində işləyir.

Xanım M.Harf deyib ki, qlobal olaraq iyulun 20-dən 28-dək 180 min qeyri-immiqrant vizası verilib, lakin bu müddət ərzində həmin göstərici təxminən 370 min proqnozlaşdırılırdı.

Qeyd edək ki, ABŞ bütün dünyada viza verilməsi prosesinin dayandırıldığı və bunun da ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıqla bağlı olduğu barədə məlumat yaymışdı.

ABŞ-ın ölkəmizdəki səfirliyindən Trend-ə viza verilməsi prosesinin dayandırılmasını şərh edərək bildirmişdilər ki, viza verilməsi prosesinin dayandırılması Azərbaycan da daxil olmaqla qlobal texniki problemdir və bu problem artıq həll olunmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti