...

Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsinə 2 milyon manat ayrılıb

Siyasət Materials 1 Avqust 2014 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.
Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsinə 2 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti