...

Bakıda İsveçrənin milli bayramı qeyd edilib (FOTO)

Siyasət Materials 1 Avqust 2014 20:46 (UTC +04:00)
Bu gün Bakıda İsveçrənin milli bayramı - Konfederasiyanın yaranması günü qeyd edilib.
Bakıda İsveçrənin milli bayramı qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda İsveçrənin milli bayramı - Konfederasiyanın yaranması günü qeyd edilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın və İsveçrənin dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer ölkəsi haqqında məlumat verib və İsveçrə ilə Azərbaycan arasında münasibətlərdən danışıb.

Səfir qeyd edib ki, 1991-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaranmasından bəri İsveçrə ilə Azərbaycan uğurlu əməkdaşlıq edi: "İki ölkə arasında yüksək vəzifəli rəsmilərin səfərləri də bunu təsdiq edir".

O, ümid etdiyini bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək.

Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından İsveçrə hökuməti və xalqını təbrik edib.

Nazir müavini deyib ki, Azərbaycan da İsveçrə ilə daha dərin və daha çoxtərəfli əməkdaşlıqda maraqlıdır: "İsveçrə bir dövlət kimi böyük uğurlara imza atıb. Adambaşına düşən ÜMD 80,000 dollara çatıb".

O bildirib ki, Azərbaycan ilə İsveçrə siyasi sahədə olmaqla yanaşı, iqtisadi sahədə də uğurlu əməkdaşlıq edir.

Nazir müavini onu da əlavə edib ki, İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti