...

Azərbaycan hökuməti ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirəcək

Siyasət Materials 3 Avqust 2014 15:36 (UTC +04:00)
Azərbaycan hökuməti ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək niyyətindədir.
Azərbaycan hökuməti ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirəcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hökuməti ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək niyyətindədir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub ki, ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarət gücləndirilməlidir onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olunmalıdır.

Baş Kollektiv Sazişdə vurğulanıb ki, əməyin ödənişinə sərf olunan vəsaitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasına nail olunmalıdır, əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesi davam etdirilməlidir, ölkə üzrə orta əməkhaqqı miqdarından az maaş alanların sayını əhəmiyyətli dərəcədə aşağı salmaq məqsədi ilə təsirli tədbirlər həyata keçirilməlidir.

Sənəddə qeyd olunub ki, qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarət gücləndirilməlidir, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınması həyata keçirilməlidir, minimum istehlak səbətinin tərkibinə yenidən baxılmalıdır, işçilərə istifadə olunmamış əmək məzuniyyəti üçün kompensasiya ödənilməsinə nəzarət gücləndirilməlidir, müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqət artırılmalıdır, istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasət müəyyən edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti