...

İlham Əliyev İndoneziya və Qabon prezidentlərini təbrik edib

Siyasət Materials 16 Avqust 2014 23:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İndoneziya və Qabon prezidentlərini təbrik edib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

İlham Əliyev sonra Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".

Xəbər lenti

Xəbər lenti