...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtda nadir ağacların kəsilməsinə kəskin reaksiya verib

Siyasət Materials 17 Avqust 2014 17:00 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib.
Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva paytaxtda nadir ağacların kəsilməsinə kəskin reaksiya verib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib.

Trend Heydər Əliyev Fonduna istinadən xəbər verir ki, bu gün kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya gedib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.

Dövlət nümayəndələri də ərazidə olublar.

Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

Xəbər lenti

Xəbər lenti