...

Prezident İlham Əliyev Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayırıb

Siyasət Materials 18 Avqust 2014 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayırıb

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti