...

Tovuz rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 20 Avqust 2014 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Tovuz rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti