...

Emil Hüseynli: Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsindən narahat olan bəzi beynəlxalq təşkilatlar qısqanc münasibətlərini ifadə edirlər

Siyasət Materials 22 Avqust 2014 17:47 (UTC +04:00)
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun "Azərbaycanda beynəlxalq tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi barədə" başlığı altında yaydığı bəyanat bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli mövqeyinin növbəti bir təzahürüdür.
Emil Hüseynli: Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsindən narahat olan bəzi beynəlxalq təşkilatlar qısqanc münasibətlərini ifadə edirlər

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun "Azərbaycanda beynəlxalq tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi barədə" başlığı altında yaydığı bəyanat bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli mövqeyinin növbəti bir təzahürüdür. Bu barədə Trend-ə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

"Düşüncə" İctimai Birliyinin bu bəyanata qəti etiraz etdiyini deyən E.Hüseynli bildirib ki, Forumun yaydığı bu bəyanat bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli mövqeyinin növbəti bir təzahürüdür.

Onun sözlərinə görə, Azərbaycanın inkişafından və beynəlxalq aləmdə artan nüfuzundan qısqanclıq hissi keçirən qüvvələrin və erməni diasporunun təsiri altında olan bu cür qurumlar Azərbaycana gəlmədən, vəziyyətlə yerində tanış olmadan hansısa antimilli ünsürlərin verdiyi yalan məlumatlar əsasında bu cür qərəzli bəyanatlar yayırlar: "Təəssüflər olsun ki, müstəqillik illərində Azərbaycanın bütün sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi uğurları görmək istəməyən, Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsindən narahat olan bəzi beynəlxalq təşkilatlar qısqanc münasibətlərini bu formada ifadə edirlər".

E.Hüseynli əlavə edib ki, bu kimi beynəlxalq təşkilatlar Azərbaycanda hüquqları Ermənistan tərəfindən kobud şəkildə pozulan bir milyondan artıq insan haqqında indiyə qədər bir kəlmə də olsun, nəsə demirlər, lakin hüquq müdafiəçisi adı altında xarici kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirən, müxtəlif cinayətlər törətməkdə ittiham edilən antimilli insanların dərhal müdafiəsinə qalxırlar: "Bu amil bir daha həmin təşkilatların səmimiyyətdən tamamilə uzaq olduğunu, Azərbaycanın inkişafını gözü götürməyən hansısa qüvvələrin təsiri altında fəaliyyət göstərdiyini aydın şəkildə sübut edir".

Onun sözlərinə görə, "Düşüncə" İctimai Birliyi bəyan edir ki, bu cür təşkilatların bu kimi cılız əməlləri Azərbaycanın artan beynəlxalq nüfuzuna və bütün sahələrdə sürətli inkişafına heç bir təsir göstərə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti