...

XİN: ABŞ fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərə riayət etməkdən uzaqdır

Siyasət Materials 29 Avqust 2014 14:51 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanla bağlı 27 və 28 avqust tarixlərində verdiyi açıqlamalar əsassız və qəbuledilməzdir.
XİN: ABŞ fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərə riayət etməkdən uzaqdır

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanla bağlı 27 və 28 avqust tarixlərində verdiyi açıqlamalar əsassız və qəbuledilməzdir. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevin açıqlamasında deyilir.

Onun sözlərinə görə, siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir: "Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun".

XİN rəsmisi qeyd edib ki, Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərə riayət etməkdən uzaqdır.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun döyülməsi ilə bağlı bəyanatla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti