...

Avropa Şurasının Məruzəçi Qrupunun sədri: Azərbaycanda dini azadlıqlara yüksək zəmanət verilir

Siyasət Materials 1 Sentyabr 2014 12:03 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin İnsan hüquqları üzrə Məruzəçi Qrupunun sədri Azərbaycandakı dini vəziyyətdən razı qaldığını deyib.
Avropa Şurasının Məruzəçi Qrupunun sədri: Azərbaycanda dini azadlıqlara yüksək zəmanət verilir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/

Avropa Şurası Nazirlər Komitəsinin İnsan hüquqları üzrə Məruzəçi Qrupunun sədri Azərbaycandakı dini vəziyyətdən razı qaldığını deyib.

Avropa Şurası Nazirlər Komitəsinin İnsan hüquqları üzrə Məruzəçi Qrupunun sədri, Slovakiya Respublikasının AŞ-dəki daimi nümayəndəsi səfir Drahoslav Stefanek Trend-ə bildirib ki, Azərbaycanda dini azadlıqlara yüksək zəmanət verilir: "Burada bütün dinlərin nümayəndələri üçün bərabər, yaxşı şərait yaradılıb".

D.Stefanek Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsini də yüksək qiymətləndirib: "Bugünkü tədbir müxtəlif dinlər arasında dialoqun inkişafına mühüm töhfə verəcək. Burada bir çox dinlərin, dini icmaların nümayəndələri iştirak edirlər. Bu, çox gözəl fürsətdir ki, dinlər arasındakı uzunmüddətli əməkdaşlığı müzakirə edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti