...

İranın sabiq vitse-prezidenti həbs edilib

Siyasət Materials 1 Sentyabr 2014 16:59 (UTC +04:00)
İranın sabiq prezidentinin birinci müavini M.R.Rəhiminin adı ölkənin sığorta şirkətinin 3 milyard dollar məbləğində maliyyə fırıldağında hallanırdı.
İranın sabiq vitse-prezidenti həbs edilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

İranın sabiq vitse-prezidenti Məhəmməd Rza Rəhimi azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Trend-in IRNA-ya istinadən veridiyi məlumata görə, bunu ölkənin Məhkəmə Sistemi rəisinin müavini Qulamhüseyn Möhsüni Əjeyi deyib.

İranın sabiq prezidentinin birinci müavini M.R.Rəhiminin adı ölkənin sığorta şirkətinin 3 milyard dollar məbləğində maliyyə fırıldağında hallanırdı.

Qeyd edək ki, M.R.Rəhimi, onun müşaviri İsfəndiyar Rəhimi Məşai, Tehranın qubernatoru Mürtəza Təməddun, təhsil naziri Kamran Daneşcu rüşvət almaqda şübhəli bilinirlər və bununla bağlı iş məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti