...

Həsən Həsənov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Siyasət Materials 1 Sentyabr 2014 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Həsən Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Həsən Həsənov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Həsənovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Həsən Zal oğlu Həsənov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, H.Həsənov 2002-ci ilin aprel ayından "Xalq qəzeti"nin (1991-ci ilədək "Kommunist") baş redaktorudur. Yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Bir neçə kitabın tərtibçisi və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.

Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti