...

Bolqarıstan Prezidenti Bakıda Azərbaycanla enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək

Siyasət Materials 2 Sentyabr 2014 14:27 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rosen Plevneliyev Bakıda Azərbaycanla enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək.
Bolqarıstan Prezidenti Bakıda Azərbaycanla enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Bolqarıstan Prezidenti Rosen Plevneliyev Bakıda Azərbaycanla enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək. Hazırda səfərə hazırlıq işləri görülür. Bunu çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən deyiblər.

Səfər zamanı Azərbaycan tərəfi ilə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunması planlaşdırılır. Bolqarıstan Prezidentinin Azərbaycana səfəri onun "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr edilmiş təntənəli mərasimlərdə iştirakı ilə bağlıdır.

Qeyd edək ki, Bolqarıstan Prezidenti daha əvvəl "Anadolu" agentliyinə bildirmişdi ki, ölkəsi Azərbaycandan qaz almaq niyyətindədir. O, həmçinin məlumat vermişdi ki, sentyabrın 23-24-də Bakıda Azərbaycan, Türkiyə, Yunanıstan və digər ölkələrin liderlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycan qazının Cənubi Avropaya, o cümlədən Bolqarıstana tədarükü məsələsi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti