...

Azərbaycanda yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsi hazırlana bilər

Siyasət Materials 4 Sentyabr 2014 17:06 (UTC +04:00)
Azərbaycanda yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Azərbaycanda yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsi hazırlana bilər

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu qanun layihəsi çərçivəsində və ya buna paralel olaraq qəbiristanlıqlar haqqında qanun layihəsinin də hazırlanmasına ehtiyac var: "Biz bunları düşünürük. Milli Məclis işə başlayandan sonra bu barədə qərar verəcəyik. Biz o vaxt yas mərasimlərinin tənzimlənməsi haqqında qanun layihəsinin hazırlanması məsələsini müzakirə etdik, lakin başqa ölkələrdə də belə qanun olmadığına görə biz o zaman müzakirələri dayandırdıq. Amma qəbiristanlıqların qorunması haqqında qanun layihəsi bir çox ölkələrdə var. Ya bu iki məsələ ilə bağlı bir qanun layihəsi, yaxud da ayrılıqda iki qanun layihəsi hazırlamaq olar".

M.Quliyev əlavə edib ki, bu barədə Azərbaycan rəhbərliyinin də tövsiyələri var, Qafqaz Müsəlmanları İdarəsi də artıq bu barədə öz tövsiyə və tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti