...

Səfir: Türkiyə və Azərbaycanı ortaq tarix birləşdirir

Siyasət Materials 15 Sentyabr 2014 12:42 (UTC +04:00)
Türkiyə və Azərbaycanı ortaq tarix birləşdirir. Trend-in məlumatına görə, bunu Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 96-cı ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Səfir: Türkiyə və Azərbaycanı ortaq tarix birləşdirir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə və Azərbaycanı ortaq tarix birləşdirir. Trend-in məlumatına görə, bunu Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 96-cı ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, tarix hər zaman göstərib ki, Azərbaycan və Türkiyə ən çətin anlarda belə bir-birinə hər cür dəstək veriblər.

Türkiyəli diplomat bildirib ki, hazırda Azərbaycanın bir çox yerlərində şəhid məzarlıqları mövcuddur ki, bu da qardaşlığımızın bariz nümunəsidir. Səfirin sözlərinə görə, hazırda Türkiyə şəhidlərinin məzarlarına sahib çıxmaq asandır, lakin unutmayaq ki, sovet dövründə bu, belə deyildi.

Diplomat qeyd edib: "Azərbaycanda türk şəhidlərinin olması ilə yanaşı, Çanakkalada da Azərbaycan qardaşlarımız şəhid olublar".

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Qafqaz İslam Ordusu Bakının azad olunması üçün aparılan döyüşlərdə 1130 şəhid verib.

Hazırda Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala şəhərlərində türk şəhidlərinin məzarlıqları və onların xatirəsinə ucaldılmış abidələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti