...

İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə nazirini qəbul edib

Siyasət Materials 15 Sentyabr 2014 17:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib.
İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə nazirini qəbul edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib.

Görüşdə Liam Foks bildirdi ki, coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır. O, müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi.

Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti