...

İlham Əliyev Meksika Prezidentini təbrik edib

Siyasət Materials 15 Sentyabr 2014 18:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Meksika Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına bundan sonra da töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti