...

Poroşenko assosiasiya haqqında qanunu imzaladı

Siyasət Materials 16 Sentyabr 2014 15:42 (UTC +04:00)
Ukrayna Prezidenti Pyotr Poroşenko bu gün Ukrayna və Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında qanunu imzalayıb.
Poroşenko assosiasiya haqqında qanunu imzaladı

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Ukrayna Prezidenti Pyotr Poroşenko bu gün Ukrayna və Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında qanunu imzalayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, P.Poroşenko Ali Rada sənədi ratifikasiya etdikdən sonra qanuna imza atıb.

Ukrayna Aİ ilə assosiasiya haqqında sazişi iyunun 27-də yekun olaraq imzalamışdı.

Sənəd müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsini, yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasını, Ukrayna məhsullarının Avropa bazarına çıxışını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti