...

Etirazçılar Ukrayna Prezidenti Administrasiyasına qumbara atırlar

Siyasət Materials 17 Sentyabr 2014 17:23 (UTC +04:00)
Ukrayna Prezidenti Administrasiyasının qarşısında Donbassın xüsusi statusu haqqında qanuna etiraz edən nümayişçilər binanın həyətinə səs qumbaraları atırlar.
Etirazçılar Ukrayna Prezidenti Administrasiyasına qumbara atırlar

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Ukrayna Prezidenti Administrasiyasının qarşısında Donbassın xüsusi statusu haqqında qanuna etiraz edən nümayişçilər inzibati binanın həyətinə səs qumbaraları atırlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar Ukrayna Prezidenti Pyotr Poroşenkodan bu qanunu imzalamamağı tələb edirlər.

Qeye edək ki, Ukrayna Ali Radası sentyabrın 16-da Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının statusu haqqında qanun qəbul edib.

Qanun yerlərdə seçkilərin keçirilməsini və münaqişə iştirakçılarına qarşı amnistiyanı nəzərdə tutur.

Ukraynada vəziyyətin nizamlanması üzrə üçtərəfli əlaqə qrupunun Minskdəki görüşünün yekunları ilə bağlı imzalanmış protokol Donetsk və Luqanskın xüsusi statusu haqqında qanunun qəbul edilməsini, növbədənkənar seçkilərin keçirilməsini təklif edir. Sənəd 12 bənddən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti