...

Azərbaycan ilə BƏƏ arasında aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 17 Sentyabr 2014 18:34 (UTC +04:00)
Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Dubay Beynəlxalq hava limanının sədri, Dubay Mülki Aviasiya İdarəsinin prezidenti, "Emirates Airline and Group" korporasiyasının rəhbəri Şeyx Əhməd bin Səid Əl Məktum ilə görüş keçirib.
Azərbaycan ilə BƏƏ arasında aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Dubay Beynəlxalq hava limanının sədri, Dubay Mülki Aviasiya İdarəsinin prezidenti, "Emirates Airline and Group" korporasiyasının rəhbəri Şeyx Əhməd bin Səid Əl Məktum ilə görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusilə Dubay Əmirliyi arasında aviasiya sahəsində əməkdaşlıq perspektivlərinə, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanlı diplomat həmsöhbətinə son illər ölkəmizin əldə etdiyi nailiyyətlər və inkişaf, həmçinin Heydər Əliyev Beynəlxalq hava limanının yeni istifadəyə verilmiş aerovağzal kompleksi barədə ümumi məlumat verib.

Öz növbəsində, Şeyx Əhməd bin Səid Əl Məktum Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb və 2006-cı ilin 20-21 noyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri zamanı onunla görüşdüyünü xüsusilə qeyd edib.

Görüşün sonunda tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti