...

Baş nazir: Azərbaycan-Monteneqro əlaqələri bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcək

Siyasət Materials 18 Sentyabr 2014 18:41 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşüb.
Baş nazir: Azərbaycan-Monteneqro əlaqələri bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcək

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında E.Məmmədyarov Azərbaycanla Monteneqro arasında əlaqələrin sürətlə inkişaf etdiyini və qısa müddət ərzində ikitərəfli əməkdaşlıqda böyük uğurlara imza atıldığını deyib.

Monteneqronun Baş naziri ölkələrimiz arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edərək, bu gün Azərbaycanın Prezidenti İlham Əliyev və Baş naziri Artur Rasi-dazə ilə məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırıb.

Siyasi səviyyədə iki ölkə arasında qarşılıqlı anlaşmanın olduğunu deyən M.Cukanoviç iqtisadi əlaqələr və investisiyaların yatırılması sahəsində Azərbaycanla Monteneqro arasında sıx əməkdaşlığın olmasını məmnuniyyətlə qeyd edib.

Ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndiyini və hökumətlərarası komissiyanın səmərəli şəkildə fəaliyyət göstərdiyini bildirən Baş nazir bu gün təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişin humanitar sahədə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

O, möhkəm təmələ əsaslanan Azərbaycan-Monteneqro əlaqələrinin bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.

Görüşdə enerji sahəsində əməkdaşlıq, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti