...

İlham Əliyev ilə Rosen Plevnelievin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 19 Sentyabr 2014 17:56 (UTC +04:00)
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.
İlham Əliyev ilə Rosen Plevnelievin təkbətək görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycanda "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti