...

İlham Əliyev BP-nin rəhbər şəxslərini "Dostluq" ordeni ilə təltif etdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Sentyabr 2014 19:15 (UTC +04:00)
Prezident İlham Əliyev Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev BP-nin rəhbər şəxslərini "Dostluq" ordeni ilə təltif etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Prezident İlham Əliyev Alesder Darley Şeferd Kukun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və "Əsrin müqaviləsi"nin 20 illiyi ilə əlaqədar BP qrupu baş icraçı direktorunun icra aparatının rəhbəri Alesder Darley Şeferd Kuk "Dostluq" ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə və "Əsrin müqaviləsi"nin 20 illiyi ilə əlaqədar BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Yanq Birrell də "Dostluq" ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti