...

Prezident Rosen Plevneliev: Azərbaycan Bolqarıstan üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir (FOTO)

Siyasət Materials 19 Sentyabr 2014 20:32 (UTC +04:00)
Sentyabrın 19-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident Rosen Plevneliev: Azərbaycan Bolqarıstan üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 19-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Bu gün biz enerji sektoru ilə yanaşı, digər əməkdaşlıq sahələrini müzakirə etdik. Düşünürəm ki, burada həyata keçiriləcək investisiya qoyuluşu, müqavilələr, infrastruktur layihələri sahəsində geniş formatda əməkdaşlığın aparılması üçün yaxşı potensial mövcuddur. Ümidvaram ki, əməkdaşlıq məsələlərini müzakirə etmək üçün növbəti aylarda yeni nümayəndə heyətləri gələcək".

Bolqarıstan Prezidenti Rosen Plevneliev deyib: "Təşəkkür edirəm, cənab Prezident. Böyük tarixi əhəmiyyətə malik olan "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimində iştirak etmək bizim üçün böyük şərəfdir. Bu, bir çox Avropa ölkələrinin on illərlə arzuladığı bir xəyalın reallığa çevrilməsidir və bu məsələdə Sizin tarixi xidmətləriniz var. Bolqarıstan Prezidenti kimi, Avropa İttifaqına üzv olan dövlət başçıları adından mən Azərbaycana Sizə təşəkkür etmək üçün gəlmişəm. Bu, bizim hamımız üçün əlamətdar bir hadisədir. Azərbaycan bizim üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir. Etibarlı dost və tərəfdaş ölkə kimi, biz həmişə Sizin yanınızdayıq və əməkdaşlıq etmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti