...

"İŞİD" 49 Türkiyə vətəndaşını azad etdi, Baş nazir Əhməd Davudoğlu təcili ölkəsinə qayıdıb

Siyasət Materials 20 Sentyabr 2014 09:29 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu İraqda girov saxlanılan türk vəıtəndaşlarının azad edilməsi ilə əlaqədar olaraq Türkiyəyə qayıdıb.
"İŞİD" 49 Türkiyə vətəndaşını azad etdi, Baş nazir Əhməd Davudoğlu təcili ölkəsinə qayıdıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu İraqda girov saxlanılan türk vəıtəndaşlarının azad edilməsi ilə əlaqədar olaraq Türkiyəyə qayıdıb. Trend-in məlumatına görə, bu barədə Baş nazir Ə.Davudoğlu açıqlamada bildirib, xəbəri Türkiyənin "TRT Haber" telekanalı yayıb.

Baş nazri qeyd edib ki, bu gün səhər saatlarında İraqın Mosul şəhərində iyun ayında girov götürülən 49 Türkiyə vətəndaşı azad edilib və o bu səbələ o geri qayıdıb: "Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin açılışında Türkiyəni ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız təmsil edəcək".

Xatırladaq ki, iyunun 11-də "İŞİD" terrorçuları Türkiyənin Mosuldakı Bak Konsulluğuna hücum edərək baş konsul və digər 49 Türkiyə vətəndaşını girov götürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti