...

Prezident İlham Əliyevin iştirakı ilə "Cənub Qaz Dəhlizi"nin təməli atılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Sentyabr 2014 12:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyevin iştirakı ilə "Cənub Qaz Dəhlizi"nin təməli atılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak edib.

Trend-in məlumatına görə,Sentyabrın 20-də Səngəçal terminalında dövlət və hökumət başçılarının iştirakı ilə "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və təməlqoyma mərasiminin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoydular.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Qjiknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev "Cənub" qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzaladılar.

Daha sonra "Cənub" qaz dəhlizinin təməli qoyuldu.

Sonda dövlət və hökumət başçıları, digər qonaqlar xatirə şəkli çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti