...

Bır sıra xarici ölkələrin rəhbərlərinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 20 Sentyabr 2014 16:05 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 20-də başa çatıb.
Bır sıra xarici ölkələrin rəhbərlərinin Azərbaycana səfəri başa çatıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 20-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirini Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

Bu gün Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin də Azərbaycana səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

Monteneqronun Baş naziri Milo Cukanoviçin Azərbaycana rəsmi səfəri sentyabrın 20-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Milo Cukanoviçi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti