...

Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfiriliklərinin ABŞ-da birgə tədbirlər proqramı başa çatıb (FOTO)

Siyasət Materials 22 Sentyabr 2014 07:13 (UTC +04:00)
Məlumat verildiyi kimi, Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfirliklərinin ABŞ-da birgə tədbirlər proqramı keçirilmişdir. Proqram ABŞ-ın aparıcı yəhudi təşkilatı olan "Amerika Yəhudi Komitəsi"nin (AYK) təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfiriliklərinin ABŞ-da birgə tədbirlər proqramı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Məlumat verildiyi kimi, Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfirliklərinin ABŞ-da birgə tədbirlər proqramı keçirilmişdir. Proqram ABŞ-ın aparıcı yəhudi təşkilatı olan "Amerika Yəhudi Komitəsi"nin (AYK) təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.

Vaşinqtonda və ABŞ-ın tarixi paytaxtı olan Filadelfiyada keçirilən tədbir və görüşlərdən sonra Azərbaycan səfiri Elin Süleymanov və İsrail səfiri Rafael Harpaz Nyu York şəhərində bir sıra tədbirlərdə iştirak etmişdilər. Səfər çərçivəsində AYK-ın rəhbər heyəti ilə birgə seminar keçirilmişdir. Seminara sədrlik edən AYK-ın icraçı direktoru David Haris bu proqramın vacibliyini qeyd etmiş, eləcə də Azərbaycan və İsrail arasında mövcud əlaqələrin unikal hal olduğuna diqqəti çəkmişdir. Eyni zamanda, Azərbaycanın ABŞ üçün olduqca önəmli və sadiq bir tərəfdaş kimi xarakterizə edən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Xatırladaq ki, D.Haris Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2012-ci ildə Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilmişdir.

Seminarda çıxış etmiş İsrail səfiri Rafael Harpaz Azərbaycanda "sıfır anti-semitizm"in olduğuna bir daha diqqəti çəkmişdir. Son zamanlar bir çox ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində anti-semitizmin baş qaldırdığı bir vaxtda yəhudilərə qarşı Azərbaycandakı münasibətin nəinki bir sıra müsəlman ölkələri üçün hətta Avropa ölkələri üçün nümunə olduğunu qeyd etmişdir. Azərbaycanda yəhudi əhalinin tarixindən bəhs edən R.Harpaz burada yəhudilərin əsrlərdən bəri sülh və əmin-amanlıq içində yaşadığını bildirmişdir. O, Azərbaycanda yəhudilərə olan münasibətin, habelə dövlətin xüsusi qayğısının Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstərici olduğunu bildirmişdir.

Səfir R.Harpaz Azərbaycan və İsrail arasında tibb, su texnologiyaları, müdafiə və enerji sahələrində uğurlu əməkdaşlığın aparıldığını qeyd etmişdir. Eyni zamanda, qeyri-enerji sektorunda, xüsusilə yüksək texniologiyalar sahəsində əməkdaşlığın daha da artırılması üçün imkanlar olduğunu vurğulamışdır.

Çıxışı zamanı R.Harpaz İsrailin hansısa ölkədə akkreditasiya olunmuş səfrinin birgə proqramlar çərçivəsində üçüncü bir ölkəyə səfər etməsinin unikal hal olduğunu bildirmiş, bunun İsrail dövlətinin Azərbaycana və onun nailiyyətlərinə xüsusi münasibətinin göstərici olduğunu vurğulamışdır. İsrail dövləti belə bir proqramı bir müddət öncə yalnız Polşa ilə həyata keçirmişdir. Seminar zamanı güclü, stabil və müstəqil siyasət yürüdən Azərbaycanın ABŞ, Avropa və İsrail üçün əhəmiyyəti vurğulanmışdır.

Daha sonra çıxış etmiş səfir E.Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətləri, habelə Azərbaycanda yaşayan yəhudi icması barədə məlumat vermiş və bu münasibətləri yüksək dəyərləndirmişdir. Azərbaycanda tarixi köklərə söykənən dözümlülük və qarşılıqlı anlaşmanın hazırda da dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində davam etdiyi bildirilmişdir.

Bundan əlavə, səfir E.Süleymanov və səfir R.Harpazın Nyu-York şəhərində keçirdiyi görüşlər çərçivəsində AYK-ın gənclər proqramı olan ACCESS nümayəndələri ilə işçi nahar olmuşdur. Görüşdə müxtəlif ölkələrdən olan yəhudi gəncələr iştirak etmişdir.

Sentybarın 19-da birgə tədbirlər proqramı başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti