...

Elmar Məmmədyarov Nyu Yorka işgüzar səfər edib

Siyasət Materials 22 Sentyabr 2014 15:09 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə bu gün ABŞ-ın Nyu York şəhərinə işgüzar səfər edib.
Elmar Məmmədyarov Nyu Yorka işgüzar səfər edib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə bu gün ABŞ-ın Nyu York şəhərinə işgüzar səfər edib. Bu barədə Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı nəzərdə tutulub.

Həmçinin nazirin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirak edəcəyi və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görüşlər keçirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti