...

Ann Brasör Azərbaycanda korrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirdi

Siyasət Materials 22 Sentyabr 2014 18:30 (UTC +04:00)
Bu gün Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör ilə görüşüb.
Ann Brasör Azərbaycanda korrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirdi

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bu gün Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası ilə AŞ PA arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirən Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatların aparılması barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

AŞ PA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaq ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti