...

Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub

Siyasət Materials 22 Sentyabr 2014 23:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Prezident İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.

Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəyi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

X X X
İsmayıllıya səfəri çərçivəsində Prezident İlham Əliyev Rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verdi.
Əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırdı.
Dövlətimizin başçısı bu günlərdə 20 illiyi qeyd edilən "Əsrin müqaviləsi"ndən başlayan inkişaf tempinin ölkənin bütün regionları kimi, İsmayıllının tərəqqisində də həlledici rolundan danışdı. Prezident İlham Əliyev səhiyyə xidmətinin yüksək səviyyədə təşkili üçün gözəl imkanlar yaradıldığını vurğuladı və bu imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi.
X X X
Prezident İlham Əliyev İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlətimizin başçısına rayonda aparılan abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verildi.
X X X
Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.
X X X
Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib.
X X X
Daha sonra Prezident İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.
X X X
İsmayıllı rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev Qəbələyə gəldi. Dövlətimizin başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak etdi.
X X X
Əvvəlcə Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə məlumat verdi.
X X X
Sonra Prezident İlham Əliyev "Qafqaz Yengicə Termal Hotel və SPA" otel kompleksinin açılışında iştirak etdi.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov Prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Qəbələyə səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan-Qida Şəhərciyinə gəldi.
Dövlətimizin başçısına məlumat verildi ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.
Sonra Prezident İlham Əliyev "Gilan Holdinq"ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxdı.
X X X
Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki "N" saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak etdi.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış oldu. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxdı.
X X X
Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak etdi.
X X X
Daha sonra dövlətimizin başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak etdi. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri İlyas Babayev Prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti