...

Seçkilərdə erməni rəqibinə qalib gələn azərbaycanlı Sankt-Peterburq Dumasına deputat seçilib

Siyasət Materials 23 Sentyabr 2014 11:43 (UTC +04:00)
Həmyerlimiz Rusiyanın Sankt-Peterburq şəhər dumasının deputat seçilib.
Seçkilərdə erməni rəqibinə qalib gələn azərbaycanlı Sankt-Peterburq Dumasına deputat seçilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Həmyerlimiz Rusiyanın Sankt-Peterburq şəhər dumasının deputat seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, "Vahid Rusiya" partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib. 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib.

Qeyd edək ki, 1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. 25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan "Savalan" şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionda səlahiyyətli nümayəndəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti