...

Oqtay Əsədov: Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsi hər zaman Azərbaycanın siyasi istiqamətlərindən biri olub

Siyasət Materials 23 Sentyabr 2014 16:10 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti xanım Ann Brasörü qəbul edib.
Oqtay Əsədov: Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsi hər zaman Azərbaycanın siyasi istiqamətlərindən biri olub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti xanım Ann Brasörü qəbul edib.

Trend-in məlumatına görə, görüşdə O.Əsədov qeyd edib ki, Avropa Şurası Azərbaycan üçün önəmli təşkilatdır: "Avropa Şurası yeganə təşkilatdır ki, Azərbaycan onun qarşısında öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi hər zaman Azərbaycanın siyasi istiqamətlərindən biri olub".

Spiker qeyd edib ki, həm AŞ, həm də Azərbaycan tərəfindən qarşılıqlı səfərlər təşkil olunub. O.Əsədovun sözlərinə görə, bu onun AŞ PA prezidenti ilə son 4 ay ərzində artıq 4-cü görüşüdür: "Bu görüşlər çox əhəmiyyətlidir. Belə görüşlər Azərbaycanla AŞ arasında münasibətlərin inkişafına xüsusi töhfə verir".

A.Brasör isə qeyd edib ki, AŞ ölkələrini birləşdirən yeganə şey təşkilatın prinsipləridir: "Bu prinsiplər bütün üzv ölkələr tərəfindən yerinə yetirilməlidir".

Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti