...

Həştərxanda IV Xəzər sammitinin açılışı olub

Siyasət Materials 29 Sentyabr 2014 15:23 (UTC +04:00)
Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin açılışı olub.
Həştərxanda IV Xəzər sammitinin açılışı olub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin açılışı olub. Bu barədə Trend Rusiya Prezidentinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, sammitdə bütün Xəzəryanı ölkələrin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.

"Xəzər beşliyi" iştirakçıları Xəzər dənizinin hüquqi statusunu və regionda təhlükəsizlik məsələsinin hərbi tərəflərini müzakirə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti