...

İlham Əliyev Əfqanıstanın yeni Prezidentini təbrik edib

Siyasət Materials 30 Sentyabr 2014 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Əfqanıstanın yeni Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əfqanıstan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti