...

Son bir ildə Azərbaycanda 300-ə yaxın şəxs barəsində korrupsiya cinayətlərinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Siyasət Materials 1 Oktyabr 2014 07:49 (UTC +04:00)
Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Son bir ildə Azərbaycanda 300-ə yaxın şəxs barəsində korrupsiya cinayətlərinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan" qəzetində dərc etdirdiyi yazıda deyib.

Baş prokurorun sözlərinə görə, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olub ki, onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib, 18 müraciət üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb: "Korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə aparılan təhlil və ümumiləşdirmələr nəticəsində korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilib".

Z.Qaralov deyib ki, hesabat dövründə korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin aparılması üzrə ixtisaslaşdırılmış dövlət orqanı funksiyalarını həyata keçirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti bu sosial bəlanın aradan qaldırılmasında, onunla səmərəli mübarizənin aparılmasında mühüm əhəmiyyətə malik olduğundan bu mühüm dövlət orqanının təkmilləşdirilməsi, onun təşkilati əsaslarının gücləndirilməsi, statusunun artırılması və səlahiyyətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülməklə ciddi islahatlar davam etdirilib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu orqanın göstəricilərinin ildən-ilə daha da yüksəlməsi prosesi ötən dövrdə də davam etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti