...

Azərbaycanın Britaniyadakı səfiri "Financial Times"-da Dağlıq Qarabağa dair qərəzli məqaləyə etiraz edib

Siyasət Materials 1 Oktyabr 2014 14:05 (UTC +04:00)
Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan və ətrafındakı yeddi rayon ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir.
Azərbaycanın Britaniyadakı səfiri "Financial Times"-da Dağlıq Qarabağa dair qərəzli məqaləyə etiraz edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan və ətrafındakı yeddi rayon ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir. Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Financial Times"-da dərc olunan Dağlıq Qarabağa dair qərəzli məqalə ilə bağlı sözügedən mətbuat orqanına yazdığı etiraz məktubunda bildirib.

Səfir məktubunda qeyd edib: "Mən Dağlıq Qarabağın "mübahisəli anklav" kimi göstərilməsindən narahatlığımı ifadə etmək üçün yazıram. Hər bir şeyi öz adı ilə adlandırmaq vacibdir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan və ətrafındakı yeddi rayon ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir. Dağlıq Qarabağda və işğal olunmuş ətraf rayonlarda tanınmamış separatçı rejim mövcuddur və bu, belə də adlandırılmalıdır. Bunu "mübahisəli anklav" adlandırmaq beynəlxalq legitimlik qazanmağa çalışan separatçı rejimə sərf edir".

T.Tağızadə qeyd edib ki, bu, Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsində yaranıb və yüz minlərlə azərbaycanlının qovularaq etnik təmizlənməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti