...

Elmar Məmmədyarov Fransanın Strasburq şəhərinə yola düşüb

Siyasət Materials 1 Oktyabr 2014 17:02 (UTC +04:00)
Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb.
Elmar Məmmədyarov Fransanın Strasburq şəhərinə yola düşüb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb. Bu barədə Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Səfər çərçivəsində E.Məmmədyarovun AŞ PA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti