...

Azərbaycan və Avstriya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 20 Oktyabr 2014 17:07 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu qəbul edib.
Azərbaycan və Avstriya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb.

Həmçinin tərəflər iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti