...

MSK-da bələdiyyə seçkiləri ilə bağlı yeni qruplar yaradılıb

Siyasət Materials 21 Oktyabr 2014 16:59 (UTC +04:00)
Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert və işçi qrupları yaradılıb.
MSK-da bələdiyyə seçkiləri ilə bağlı yeni qruplar yaradılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert və işçi qrupları yaradılıb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

9 nəfər üzvdən ibarət ekspert qrupu vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə yaradılıb. Dairə seçki komissiyalarında da 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması qərara alınıb.

İşçi qrupu isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti