...

Əhməd Davudoğlu: Azərbaycandakı stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri birləşib

Siyasət Materials 22 Oktyabr 2014 09:25 (UTC +04:00)
Azərbaycandakı və Türkiyədəki davamlı siyasi stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri enerji layihələri ilə birləşib.
Əhməd Davudoğlu: Azərbaycandakı stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri birləşib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycandakı və Türkiyədəki davamlı siyasi stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri enerji layihələri ilə birləşib. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib. Trend xəbər verir ki, məlumatı çərşənbə günü Türkiyənin Anadolu agentliyi yayıb.

Baş nazir qeyd edib ki, bir sıra qonşu ölkələrdə siyasi və iqtisadi böhranlar yaşanmasına baxmayaraq, Azərbaycan və Türkiyə ciddi enerji layihələri həyata keçirir.

Onun sözlərinə görə, belə layihələrdən biri də TANAP-dır.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Türkiyə Nazirlər Kabinetinin oktyabrın 21-də qəbul etdiyi qərara əsasən, Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.

Qərar dünən qəbul edilməsinə baxmayaraq, 2014-cü il yanvar 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti