...

İsrail səfiri: Azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər (FOTO)

Siyasət Materials 22 Oktyabr 2014 15:27 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.
İsrail səfiri: Azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu münasibətlərin hazırda da uğurla davam etdiyi vurğulanıb.

R.Harpaz Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və burada nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblar.

Görüş zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti