Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Avropa Parlamentinin deputatları Jan Klod Yunkerin sədrliyi ilə 2014-2019-cu illər üçün Avropa Komissiyasının yeni tərkibini təsdiq ediblər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, səsvermə Strasburqda Avropa Parlamentinin sessiyasında keçirilib.
Bununla da Avropa Komissiyası Lissabon sazişinin tələb etdiyi kimi, noyabrın 1-dən vəzifələrinin icrasına başlaya bilər.