...

Suriyaya 200 kürd döyüşçü göndərildi

Siyasət Materials 22 Oktyabr 2014 18:33 (UTC +04:00)
Şimali İraq kürd administrasiyası Suriyanın kürdlərin yaşadığı Kobani şəhərini müdafiə etmək üçün 200 kürd döyüşçünü (Peşmərgə) həmin şəhərə göndərib.
Suriyaya 200 kürd döyüşçü göndərildi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Şimali İraq kürd administrasiyası Suriyanın kürdlərin yaşadığı Kobani şəhərini müdafiə etmək üçün 200 kürd döyüşçünü (Peşmərgə) həmin şəhərə göndərib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə təhlükəsizlik məqsədi ilə ölkə ərazisindən Suriyaya keçəcək "Peşmərgə" döyüşçüləri barədə məlumatları tələb edib.

Qeyd edək ki, ötən gün Kobani "İslam Dövləti" terror təşkilatının nəzarətinə keçib. Məlumata görə, Kobanidən olan 100 mindən artıq qaçqın Türkiyə ərazisinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti