...

Elmar Məmmədyarov fəaliyyətləri başa çatan Qətər və Avstriya səfirləri ilə görüşüb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Oktyabr 2014 18:14 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Al Tanini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Elmar Məmmədyarov fəaliyyətləri başa çatan Qətər və Avstriya səfirləri ilə görüşüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Al Tanini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

XİN rəhbəri Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer Kaybiçi də diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. E.Məmmədyarov S.M.Kaybiçə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti